Co Baydenin Donald Trampla uğursuz debatından sonra demokratlar yeni namizəd axtarışına çıxıblar.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Baydenin yerinə layiqli namizəd kimi ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama göstərilirdi.
Məlumata görə, keçmiş birinci xanım təklifdən imtina edib. Mişel Obamanın ofisi onun 2024-cü ildə prezidentliyə namizəd olmayacağını təsdiqləyib.