Respublikaçı Donald Tramp üzərində qələbə qazanacağıma əminəm və seçkiöncəsi yarışdan çıxmaq niyyətində deyiləm.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
Ağ Ev rəhbəri Viskonsin ştatında çıxışı zamanı D.Trampla 27 iyundakı debatla bağlı fikir bildirib:
“Deyə bilmərəm ki, bu, mənim ən yaxşı çıxışım idi, lakin o vaxtdan bəri Conun nə edəcəyi, yarışda qalıb-qalmayacağı ilə bağlı çoxlu fərziyyələr səslənir.
Budur mənim cavabım. Yarışda iştirak edirəm və yenidən qalib olmağa hazırlaşıram”, - Amerika lideri qeyd edib.
Bayden eyni zamanda bəzilərinin onu yarışdan kənarlaşdırmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, Baydenin Trampla debatda zəif çıxışı ictimai-siyasi sferada ciddi tənqidlərə səbəb olmuşdu.