Moldova Ukraynaya kömək etməyə razılaşıb

Moldova Ukraynaya kömək etməyə razılaşıb backend

Moldova hakimiyyəti Ukraynanı elektrik enerjisi ilə təmin etməyə hazırdır.

Qaziler.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

Departamentin məlumatına görə, müvafiq razılıq Ukrayna, Moldova və Rumıniya xarici işlər nazirlərinin Kişinyovda keçirilən görüşü çərçivəsində əldə olunub.

“Moldova Respublikası “qazın elektrik enerjisinə mübadiləsi” çərçivəsində Ukraynanı elektrik enerjisi ilə təmin etməyə hazır olduğunu bildirib. Moldova tərəfi bu məqsədlər üçün Ukraynanın verdiyi təbii qazdan istifadə edən enerji bloklarını öz ərazisində yerləşdirəcək. Bu baxımdan, tərəflər qaz infrastrukturunun kommersiya baxımından etibarlı olması üçün həll yolları axtaracaqlar”, - deyə məlumatda bildirilir.

QAZİLER.AZ

Diaspora