BMT Livan-İsrail sərhədində mərmilərin sayının artmasından narahatdır. Bu addımlar iki ölkə arasında tammiqyaslı münaqişə riski yaradır.
Qaziler.az TASS-a istinadla bildirir ki, bu barədə təşkilatın baş katibinin mətbuat xidmətinin ofisindən açıqlanıb.
“BMT dünən “mavi xətt” boyunca artmış atəş intensivliyindən dərin narahatdır ki, bu da genişmiqyaslı müharibə riskini artırır. Eskalasiyanın qarşısı alına bilər və alınmalıdır. Bir daha bildiririk ki, qəfil və daha böyük yanğına səbəb ola biləcək səhv hesablama təhlükəsi realdır”, - deyə məlumatda bildirilir.
BMT baş katibinin ofisi ayrıca qeyd edib ki, vəziyyəti yalnız danışıqlar yolu ilə həll etmək olar.
QAZİLER.AZ