İyulun 1-dən Qazaxıstan gömrükçüləri Avropa İttifaqı şirkətlərinin yarımqoşqularında Avropa mallarını ölkəyə daşıyan Rusiya Federasiyasının yük maşınlarını saxlamağa başlayıb.
Qaziler.az "Gazeta.ru"ya istinadla bildirir ki, bu barədə RBC məlumat yayıb.
“Rusiya daşıyıcılarından yeni məhdudiyyətlərin tətbiqi ilə əlaqədar Qazaxıstan ərazisində nəqliyyat vasitələrinin saxlanılması ilə bağlı müraciətlər alırıq”, - deyən assosiasiya yarımqoşquların hətta malların boşaldılandan sonra da təyinat üzrə Qazaxıstan gömrük orqanlarında saxlanıldığını qeyd edib.
QAZİLER.AZ