İsraildə Tiberiya gölünün suyu zəhərlənib. Belə ki, göl ölümcül mikroorqanizmlərlə yoluxub.
Bu barədə "Jerusalem Post" qəzeti öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, göldə istirahət edən 25 yaşlı yerli sakin "naegleria fowleri" amöbünə yoluxub, bundan sonra yerli administrasiya həyəcan təbili çalıb. Xəstəxanaya yerləşdirilən gəncin reanimasiya şöbəsində kritik vəziyyətdə olduğu vurğulanır.
Ölkənin Səhiyyə Nazirliyinin müfəttişləri yoxlama aparmaq və sonrakı tədqiqat üçün əraziyə yollanıblar.
Qeyd edək ki, el arasında "beyin yeyən" parazit kimi tanınan "naegleria fowleri" beynin ölümcül infeksiyası olan ilkin amöb meninqoensefaliti törətməyə qadirdir. Bu ölümcül xəstəliyin əsas simptomları qızdırma, baş ağrısı, qusma və qıcolmalardır.