Leyboristlər Partiyasının lideri Keyr Starmer Kral III Çarlzla görüşdən sonra rəsmi olaraq Böyük Britaniyanın yeni baş naziri olub.
Məlumata görə, Britaniyadakı formal prosesə əsasən, keçmiş baş nazir Rişi Sunak bu gün istefasını Kral III Çarlza təqdim edib. Daha sonra Keyr Starmer Kral III Çarlzla görüşüb və kabineti formalaşdırmaq mandatı alaraq, Böyük Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb.
Görüşdən sonra baş nazir və xanımı yeni evlərinə yollanıblar. Böyük Britaniya hökumətinin yeni başçısını tərəfdarlarından ibarət izdiham və bir qrup fotoqraf qarşılayıb.
Mənbə: Gazeta.ru