İyulda Latviya dronların daha bir partiyasını Ukraynaya təhvil verəcək. Ukraynaya 4 milyon avro dəyərində müxtəlif tipli və xarakterli 2500-dən çox PUA veriləcək.
Qaziler.az bildirir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
300 PUA-nın ilk partiyası yaxın günlərdə təhvil veriləcək.
Bu il Latviyanın Müdafiə Nazirliyi pilotsuz təyyarələr koalisiyasına 20 milyon avro ayırıb ki, bunun da 10 milyon avrodan çoxu Latviyanın müdafiə sənayesindən dronların alınması üçün nəzərdə tutulub.
Hazırda Beynəlxalq Dron Koalisiyasına 14 ölkə - Latviya, Ukrayna, Böyük Britaniya, Avstraliya, Almaniya, Danimarka, İtaliya, Kanada, Litva, Hollandiya, Polşa, Böyük Britaniya, Fransa, İsveç və Estoniya daxildir.
QAZİLER.AZ