Böyük Britaniyanın baş naziri Rişi Sunak Leyboristlər Partiyasının parlament seçkilərindəki qələbəsini etiraf edib və partiyanın lideri Keir Starmeri təbrik edib.
Qaziler.az bildirir ki, Bu barədə iyulun 5-də Sky News məlumat yayıb.
"Leyboristlər Partiyası bu ümumi seçkilərdə qalib gəldi və mən ser Keir Starmerə zəng edərək onu qələbəsi münasibətilə təbrik etdim", - dedi.
Qeyd olunur ki, səslər hələ də hesablanır, lakin ilkin hesablamalara görə, leyboristlər 410 mandat qazana bilər - son seçkilərdə qazandıqlarından iki dəfə çox. Bu onlara İcmalar Palatasında 170 yerin əksəriyyətini verir.
Öz növbəsində, Starmer Leyboristlər Partiyasının tərəfdarları qarşısında çıxış edərək, dərhal ölkəni yaxşılığa doğru dəyişməyə başlayacağını vəd etdi.
Ötən gün müxalifət lideri Keir Starmerin Britaniya parlamentinin üzvü seçildiyi məlum olub. O, Holborn və Sent-Pankras seçki dairəsində 18,900 səs toplayıb ki, bu da ikinci yeri tutan müstəqil namizəd Endryu Faynşteyndən 11,600 səs çox olub. Qeyd olunur ki, Starmer Britaniyanın yeni baş naziri postuna ən çox ehtimal olunan namizəddir.
QAZİLER.AZ