Polşa prezidenti Anjey Duda ümid etdiyini bildirib ki, Rusiya Polşa hərbçilərinin Ukraynaya göndərilməsi zərurəti yaranacaq vəziyyətə gətirib çıxarmayacaq.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Polşa dövlət başçısı Slovakiya prezidenti Peter Pelleqrini ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Duda vurğulayıb ki, Rusiya Ukraynada qalib gəlməməlidir, çünki bu, Avropa və bütün dünya üçün böyük təhlükə yaradacaq.
Eyni zamanda Polşa prezidenti qeyd edib ki, Polşa indi öz əsgərlərini Ukraynaya göndərməməlidir, çünki bu, NATO ölkəsini müharibəyə sürükləyər.
Dudanın sözlərinə görə, Polşanın mövqeyi Ukraynaya hərbi yardım göndərməkdir, lakin orada öz əsgərlərini yerləşdirmək deyil.
“Ümid edirik ki, biz heç vaxt Polşa Respublikasının və ya NATO-nun müdafiəsi üçün əsgərlərimizi Ukraynaya göndərmək məcburiyyətində qalmayacağıq. Ona görə də düşünürəm ki, belə bir ehtiyac olmayacaq, Rusiya belə vəziyyətə gətirib çıxarmayacaq. Bu, bizim bugünkü mövqeyimizdir və biz qətiyyən bu müharibədə iştirak etmək istəmirik və əsgərlərimizin də bu müharibədə iştirakını istəmirik”, - Polşa dövlət başçısı əlavə edib.
QAZİLER.AZ