Rusiya Dövlət Duması deputat və senatorların ölkədən icazəsiz çıxmasını qadağan edən qanunu qəbul edib.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, parlamentarilər səfərlərini əvvəlcədən Duma və ya Federasiya Şurasının rəhbərliyi ilə razılaşdırmalıdır, əks halda mandatdan məhrum oluna bilərlər.
Razılaşdırma qaydası və müddəti parlamentin Palatalar Şurası tərəfindən müəyyən olunacaq.