Almaniyada Şoltsun partiyasının qərargahı atəşə tutulub

Almaniyada Şoltsun partiyasının qərargahı atəşə tutulub backend

Saksoniyada  seçkilərə bir neçə həftə qalmış naməlum şəxslər Almaniya kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyasının qərargahını atəşə tutublar.

Bu barədə RBC-Ukrayna BILD-ə istinadən xəbər verir.

Sosial Demokratların Saksoniyadakı ofisi köhnə Drezden şəhərində, bina Elba çayı üzərində yerli parlamentin yanında yerləşir.

Hadisə iyunun sonunda baş verib, polis üçüncü mərtəbənin pəncərələrində güllə dəliklərini aşkar edib, lakin bu, yalnız indi məlum olub.

"İstintaqın nəticələrinə görə, zərər odlu silahdan ola bilərdi. Lakin güllələrin özləri hələ tapılmayıb", - polis sözçüsü Karsten Eger bildirib.

Hadisənin təhqiqatını Almaniya Dövlət Təhlükəsizlik Xidməti öz üzərinə götürüb.

QAZİLER.AZ

Diaspora