Rusiya Federasiyası digər ölkələrlə hesablaşmalar üçün rəqəmsal rubldan istifadə etməyə başlaya bilər.
Aerıq Rusiya Mərkəzi Bankının mütəxəssisləri nümayəndələri ilə birlikdə rəqəmsal rublun istifadə olunacağı ödəniş sxeminin sınaqdan keçirilməsi üzərində işləyirlər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu haqda qurumun sədrinin birinci müavini Olqa Skoroboqatova bildirib. Onun sözlərinə görə, tərəflər buna texniki cəhətdən hazırdırlar, lakin layihənin vaxtı barədə danışmaq hələ tezdir.
“Başlanğıc tarixləri haqqında danışmaq hələ tezdir, lakin biz bu mövzunu müzakirə etməyə başladıq və bir sıra ölkələrlə işlək vəziyyətə gətirdik. Düşünürəm ki, gələn il vaxt daha aydın olacaq”, - Skoroboqatova qeyd edib.
QAZİLER.AZ