BMT: Qəzza sakinlərinin 90%-i evlərini tərk edib

BMT: Qəzza sakinlərinin 90%-i evlərini tərk edib backend

İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında yaşanan münaqişə Qəzza zolağındakı əhalinin 90%-nin evlərini tərk etmək məcburiyyətində qalmasına və bütün bölgədə didərgin düşməsinə səbəb olub.

Qaziler.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəhbəri Andrea De Domeniko bildirib.

“Təəssüf ki, oktyabr ayından Qəzza zolağında hər 10 nəfərdən 9-nun ən azı bir dəfə, hətta on dəfəyə qədər köçkün olduğunu təxmin edirik”, - BMT rəsmisi deyib.

O əlavə edib ki, bu günə qədər məcburi köçkünlərin sayı təxminən 1,9 milyon nəfərdir. BMT-nin hesablamalarına görə, Qəzza zolağının şimal hissəsində hələ də anklavın cənub hissəsinə köçə bilməyən 350 minə qədər insan var.

QAZİLER.AZ

Diaspora