Ukrayna prezidenti Volodimir Zelenski iyulun 2-də Kiyevə səfər edən Macarıstanın baş naziri Viktor Orbanın səsləndirdiyi Rusiya ilə danışıqlara başlamaq üçün atəşkəs təklifini rədd etdiyini etiraf edib.
Qaziler.az xəbər verir ki, o bu barədə “Bloomberg”ə müsahibəsində deyib.
Onun fikrincə, Rusiya atəşkəsdən istifadə edərək güc toplayıb döyüş əməliyyatlarını bərpa edə bilər.
"Atəşkəs məsələsinə gəlincə, mən çox aydın izah etdim: biz müharibə edirik, sadəcə atəşkəs haqqında danışa bilmərik”, - deyə Zelenski izah edib.
Ukrayna prezidenti hesab edir ki, dəqiq plan olmadığı halda atəşkəs münaqişənin sona çatması deyil, dondurulması demək olacaq.
QAZİLER.AZ