Robert Fitsoya edilən hücum terror aktı kimi qiymətləndiriləcək

Robert Fitsoya edilən hücum terror aktı kimi qiymətləndiriləcək backend

Mayın 15-də Slovakiyanın baş naziri Robert Fitsoya edilən hücum terror aktı kimi qiymətləndiriləcək.

Qaziler.az xəbər verir ki, bu barədə respublikanın Baş prokuroru Maros Jilinka sosial şəbəkədəki səhifəsində bildirib. O qeyd edib ki, Nazirlər Kabinetinin rəhbərini güllələyən yazıçı Yuray Çintulaya artıq bu qərarla bağlı məlumat verilib.

Əldə edilən sübutlara əsasən, iş daha da ağır cinayət - terror aktı kimi təqdim olunacaq”, - Jilinka yazıb.

Bundan əvvəl Robert Fitso videomüraciətində onu vuran yazıçı Yuray Çintulaya qarşı nifrət hiss etmədiyini bildirib. Bu onun mayın 15-də sui-qəsd cəhdindən sonra jurnalistlərə verdiyi ilk şərh olub. Slovakiya hökumətinin başçısı hücum nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini təsdiqləyib, lakin o, tam sağaldıqdan sonra işə qayıtmaq niyyətində olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora