Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin keçirildiyi Qazaxıstanın paytaxt küçələrində zirehli texnikalar və gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Qaziler.az bildirir ki, bu barədə “NEWS.ru”nun müxbiri xəbər verir. Yayımlanan görüntülərdə hərbi geyimdə olan insanlar əks olunub.
Təhlükəsizlik qüvvələri sammitin keçirildiyi ərazidə vəziyyətə nəzarət edir. Müstəqillik Sarayının qarşısındakı meydanda uniformalı və silahlı insanlar patrul edir. Hazırda Astanada sakit vəziyyətdir.
Qeyd edək ki, iyunun 4-də Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik sarayında Şanxay Əməkdaşlıq Təşkilatının saamiti işə başlayıb.
Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏT katibi iştirak edir.
QAZİLER.AZ