Qvatemalada keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda komediya aktyoru kimi məşhur olan Cimmi Morales qalib gəlib.
Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkənin Ali Seçki Tribunalının yaydığı məlumata əsasən Morales hesablanan 90 faiz səslərin 69,89 faizini toplayıb.Hüquqşünas və sahibkar, eyni zamanda ölkənin ən iri müxalif partiyasının lideri Manuel Baldison ikinci, ölkənin eks birinci xanımı Sandra Torres isə üçüncü yerdə qərarlaşıb.
Bununla da Cimmi Morales Qvatemalanın 50-ci prezidenti olacaq.