Çilidə güclü zəlzələ baş verib

Çilidə güclü zəlzələ baş verib backend

Çilidə 5 bal gücündə zəlzələ qeydə alınıb.

Qaziler.az bildirir ki, bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Zəlzələnin episentrinin təxminən 143 min nəfər əhalisi olan Kalama şəhərindən 70 kilometr cənub-şərqdə yerləşdiyi bildirilir. Şəhər ölkənin şimal hissəsinin mərkəzində yerləşdiyindən zəlzələ sunami təhlükəsi yaratmayıb.

Zəlzələ ocağının dərinliyi təqribən 105 kilometr olub.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.

QAZİLER.AZ

Diaspora