Vilnüsdə maskalı şəxslər əcnəbilərə hücum edir

Vilnüsdə maskalı şəxslər əcnəbilərə hücum edir backend

Vilnüsdə əcnəbilər maskalıların hücumuna məruz qalır. Litvanın paytaxtına gedən ziyarətçilər həyəcan təbili çalır.

Qaziler.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, sonuncu hücum iyulun 2-də Sauletyak xiyabanındakı kampusda olub.

Vilnüsdə yaşayan əcnəbi sosial şəbəkələrdə "Mənə maskalı və hərbi geyimli üç nəfər hücum etdi" deyib.

Portal qeyd edib ki, bu, ilk belə hal deyil. İyun ayında orada cinayətkarlar əcnəbi bir tələbəyə də hücum ediblər. Həmin vaxt hücum edənlər saxlanılıb. Öz hücumlarını lentə alanların yeniyetmələr olduğu üzə çıxıb.

Baş verənlərdən narahat olan əcnəbilər Litvada irqçi hücumların daha tez-tez baş verdiyini qeyd edirlər.

QAZİLER.AZ

Diaspora