NATO-ya üzv ölkələr bir neçə ildir Ukraynaya hərbi dəstək planı ilə bağlı razılığa gələ bilmirdilər.
Qaziler.az bildirir ki, DPA xəbər agentliyi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. Qeyd olunur ki, baş katib Yens Stoltenberq NATO üzvlərini çoxillik maliyyə öhdəlikləri öz üzərlərinə götürmək üçün razı salmağa çalışıb, lakin o, uğur qazana bilməyib.
Həmçinin qeyd edilir ki, Alyans ölkələri növbəti il üçün hərbi yardım çərçivəsində Kiyevə 40 milyard avro ayırmağa razılaşıblar. Lakin hər bir dövlətin bu paketə tam olaraq hansı payı qatacağı ilə bağlı razılığa gəlmək mümkün olmayıb.
QAZİLER.AZ