Rusiya səfiri ABŞ-ni terrora yardım etməkdə ittiham etdi

Rusiya səfiri ABŞ-ni terrora yardım etməkdə  ittiham etdi backend

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya Rusiya regionlarına zərbələr endirmək imkanı verməklə əslində terrorun şərikinə çevrilir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, o, bu şəkildə Pentaqonun mətbuat katibi Patrik Rayderin Vaşinqtonun Amerika silahlarının Krıma zərbə endirməsini məqbul hesab etməsi ilə bağlı bəyanatına cavab verib.

“Kiyev rejiminin bizim regionlarımıza zərbə endirmək niyyətini həyata keçirməklə ABŞ faktiki olaraq beynəlxalq terrorizmin ortağı statusunu təmin edir. Öz kuklalarını cilovlamağa çalışmaq əvəzinə, biz amerikalıların uzunmənzilli silahların bütün yeni tədarükünə necə razı olduğunu və bu cür hücumların hazırlanmasında necə iştirak etdiyini görürük”, - diplomat deyib.

O vurğulayıb ki, Amerika hakimiyyəti yaxşı bilir ki, bu cür hücumlar Krım yarımadasında turist və dinc sakinlər arasında itkilərə səbəb olacaq. Hansı ki bu, iyunun 23-də Sevastopolda baş verib. Lakin bu, “soyuqqanlı kütləvi qətllər” üçün icazə verməyə hazır olan Ağ Evi dayandırmır”, – diplomat qeyd edib.

QAZİLER.AZ

Diaspora