Aktyor Adam Sandler düşünür ki, amerikalılar Baydenin ölümünü canlı izləyəcəklər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Hollivud aktyoru Adam Sandler ABŞ prezidenti Co Baydenlə onun əsas rəqibi Donald Tramp arasında gedən debatdan dəhşətə gəlib. Aktyor İnstaqram səhifəsində amerikalılar tarixdə ikinci dəfə ölkə liderinin ölümünün şahidi ola biləcəyini ehtimal edir.
Belə ki, yumorist indiki prezidentlə Con Kennedi arasında paralellik aparıb. Bundan əlavə, Sandler vurğulayıb ki, hazırda ABŞ 1960-cı illərdə olduğu kimi Rusiyanı nüvə müharibəsinə təhrik edir.
"Bu gün olmasa, sabah Amerika prezidentinin ölümünü canlı görəcəyik. ABŞ tarixində ikinci dəfə. İlk dəfə Kennedi idi. Kennedi bir qatil tərəfindən öldürüldü. Bayden qocalıqdan öləcək”, - Sandler yazıb.
QAZİLER.AZ