Kanadada Fələstin tərəfdarı olan tələbələrdən çadırların yığışdırılması tələb olundu

Kanadada Fələstin tərəfdarı olan tələbələrdən çadırların yığışdırılması tələb olundu backend

Kanadanın Ontario əyalətindəki Toronto Universitetinin kampusunda Fələstin tərəfdarı olan tələbə nümayişçilər yerli vaxtla saat 18:00-a qədər kampusda qurduqları çadırları yığışdırmalıdırlar.

Qaziler.az bildirir ki, bu barədə məhkəmə qərarı var.

Kanadanın Ontario Ali Ədliyyə Məhkəməsi Toronto Universitetində nümayişçilərin hərəkətləri ilə bağlı qərarını açıqlayıb.

Məhkəmə Toronto Universitetində nümayişlərini davam etdirən Fələstin tərəfdarı tələbələrin yerli vaxtla saat 18:00-a qədər çadırlarını yığışdırmaları haqda qərar verib.

Qərarda həmçinin qeyd olunub ki, bu qərar “ifadə azadlığını məhdudlaşdırmır”.

QAZİLER.AZ

Diaspora