Litva hava məkanının pozulmasına görə Rusiyaya etiraz edir

Litva hava məkanının pozulmasına görə Rusiyaya etiraz edir backend

Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndələri Litva Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və onlara Litvanın hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edilib.

Qaziler.az bildirir ki, bu barədə lrt.lt xəbər verir.

Hadisə iyunun 30-da axşam saatlarında Moskvanın Vnukovo hava limanından Kalininqrad vilayətindəki Xrabrovo hava limanına uçan Rusiyanın “Pobeda” aviaşirkətinin təyyarəsi Baltik dənizi üzərində Litvanın hava məkanına qanunsuz daxil olub və təxminən bir dəqiqə orada qalıb. Nazirlikdən məlumat verilib.

Rusiya səfirliyinin nümayəndələrinə baş vermiş hadisə ilə bağlı etiraz bildirilmiş və Rusiyanın məsul idarələrindən tez bir zamanda izahat vermələrini və belə hadisələrin təkrarlanmaması üçün bütün lazımi tədbirləri görmələrini tələb edilib.

 

Diaspora