ABŞ-ın Ukrayna ordusunun Rusiya ərazisində Amerika silahlarından istifadə etməsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, lakin bu, müvəqqəti işğal olunmuş Krımdakı Rusiya hərbi obyektlərinə şamil edilmir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu brifinq zamanı Pentaqonun spikeri Patrik Rayder deyib.
“Rusiyada (Ukrayna Silahlı Qüvvələrinin - red.) uzaqmənzilli silahlardan istifadəsinə dair siyasətimiz dəyişməyib”, - deyə Rayder Ukrayna və ABŞ müdafiə nazirlərinin görüşündə bu mövzunun müzakirə edilib-edilmədiyi sualına cavab olaraq bildirib.
Eyni zamanda, bunun işğal edilmiş Krıma aid olub-olmadığına dair suala cavabda o qeyd edib ki, “Krım Ukraynadır”.
QAZİLER.AZ