Təsiri olan və ya rol oynayan istənilən dövlət Rusiya qoşunlarının Ukrayna ərazisindən tam çıxarılmasını təmin etmək üçün bütün səylərini göstərməlidir.
Qaziler.az-ın məlumatına görə, RBC-Ukrayna ABŞ Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patelin brifinqində dediyi sözlərdən sitat gətirib.
Macarıstanın baş naziri Viktor Orbanın Ukraynada atəşkəs təklifini şərh edən Patel: “Biz (ABŞ - red.) və NATO açıq şəkildə bildiririk ki, burada əslində yalnız bir həll var: Rusiya Federasiyası sadəcə olaraq Ukrayna ərazisindən çıxmalıdır”, - dedi.
O vurğulayıb ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qəsd edən və BMT Nizamnaməsinə məhəl qoymayan təcavüzkardır.
QAZİLER.AZ