İtaliya Liviyaya göndərilən Çin istehsalı olan dronları ələ keçirib

İtaliya Liviyaya göndərilən Çin istehsalı olan dronları ələ keçirib backend

İtaliya limanlarından birində Çin istehsalı olan hücum dronları ələ keçirilib. Onlar Liviya üçün nəzərdə tutulub.

Qaziler.az bildirir ki,  Reuters-in xəbərinə görə, bu barədə gömrük polisi və İtaliya gömrük agentliyinin məlumatında deyilir.

Polisin qeyd etdiyi kimi, yük Kalabriyanın cənub bölgəsindəki Gioia Tauro limanında altı konteynerdə tapılıb.

Vətəndaş müharibəsinin davam etdiyi Liviyada silah satışı qadağasına görə dronlar müsadirə edilib.

Reuters xatırladır ki, İtaliya mətbuatı  pilotsuz təyyarələrin ələ keçirilməsi ilə bağlı məlumatı hələ keçən ay dərc edib. Onların sözlərinə görə, dronlar iyunun 18-də İtaliyada aşkar edilib.

Jurnalistlər yükün Çinin cənubundakı Yantian limanından Liviyanın şərqindəki Benqazi limanına gedən konteyner gəmisində ələ keçirildiyini bildiriblər.

QAZİLER.AZ

Diaspora