Rusiyada nömrəsi gizlədilən sürücülər vəsiqələrindən məhrum ediləcəklər

Rusiyada nömrəsi gizlədilən sürücülər vəsiqələrindən məhrum ediləcəklər backend

Dövlət Duması avtomobili gizli nömrə ilə idarə edən sürücülərin sürücülük hüququndan məhrum edilməsi ideyasını bəyənib və Parlament Palatasına qanun layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib.

Qaziler.az bildirir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

"Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərəcək və buna görə də qanun layihəsinin konsepsiyası dəstəklənir", - Dövlət Duması bəyan edib.

Qanun layihəsinin qüvvəyə minməsi üçün Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etmək lazımdır.

QAZİLER.AZ

Diaspora