Monqolustanda tauna yoluxma riski artıb

Monqolustanda tauna yoluxma riski artıb backend

Monqolustanın 15 vilayətinin 81 rayonunda vəba xəstəliyinə yoluxma riski yüksəkdir.

Qaziler.az xəbər verir ki, bu barədə Monqolustanın Səhiyyə Nazirliyi və Zoonoz İnfeksiyaların Tədqiqi Milli Mərkəzi məlumat yayıb.

“15 vilayətin 81 rayonunda bubon taununa yoluxma riski çox yüksək olub. Odur ki, tarbaqanların (çöl marmotu) itlərlə və tələlərlə ovlanması, ətinin yeyilməsi və dərisini evdə saxlamağın qadağan olunduğunu xatırladırıq. Uşaqların tarbaqan quyularının yanında oynamasına icazə verməyin”, - deyə qurumun birgə müraciətində qeyd edilib.

Onlar həmçinin xatırladıblar ki, axsaq və ya ölü marmota toxunmaq olmaz. Onlar aşkar edilərsə, vətəndaşlardan təcili olaraq tibb və epidemioloji müəssisələrə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, taun Monqolustanda və qonşu ölkələrin sərhəd bölgələrində yayılan endemik xəstəlikdir. Xəstəliyi gəmiricilər və onların üzərində yaşayan birələr daşıyır. Xəstəlik xəstə heyvandan insanlara, o cümlədən ət yeməklə keçir.

QAZİLER.AZ

Diaspora