Avstraliyanın baş naziri Entoni Albaneze 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməyəcək.
Qaziler.az bildirir ki, bu barədə Avstraliyanın “Sky News” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Avstraliyanı keçiriləcək sammitdə baş nazirin müavini və Avstraliyanın müdafiə naziri Riçard Marles təmsil edəcək.
Telekanalın məlumatına görə, Albaneze diqqətini daxili işlərə yönəltmək niyyətindədir. Bəzi avstraliyalı müşahidəçilər baş nazirin Vaşinqtona getməmək qərarını pisləyərək, ölkə rəhbərinin NATO sammitində iştirakının dünyada və regionda təhlükəsizlik problemlərini nəzərə alaraq vacib olduğunu qeyd ediblər.
QAZİLER.AZ