Niderlanddan Ukraynaya "F-16" qırıcılarının tədarükü ilə bağlı YENİ QƏRAR

Niderlanddan Ukraynaya "F-16" qırıcılarının tədarükü ilə bağlı YENİ QƏRAR backend

Hollandiya Ukraynaya F-16 qırıcı təyyarələrinin tədarükü üçün lisenziya verib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu ölkənin müdafiə naziri Kaysa Ollonqren ölkə parlamentinə ünvanladığı məktubda bildirib. Onun sözlərinə görə, məktub həm də xarici işlər və xarici ticarət nazirləri Hanke Bruins Slot və Lissier Skreynemaxerin adından yazılıb.

Nəşrin Haaqadakı mənbəsi bildirib ki, Hollandiya hökuməti yeni nazirlər kabineti hakimiyyətə gələnə qədər lisenziyanı mümkün qədər tez vermək istəyir. Baxmayaraq ki, koalisiya hökuməti Ukraynanı “siyasi, silah, maddi və mənəvi” dəstəkləməyə davam edəcək.

Lisenziya verildikdən sonra F-16-nın Ukraynaya verilməsinə heç nə mane ola bilməz. Hollandiya ilə yanaşı, Norveç, Danimarka və Belçika da Ukrayna tərəfinə qırıcılar tədarük edəcəklərini vəd ediblər.

QAZİLER.AZ

Diaspora