Şimali Koreya yeni taktiki ballistik raketi sınaqdan keçirib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
4,5 tonluq, böyük döyüş başlığı daşıya bilən yeni taktiki ballistik raket “Hwasongpo-11" adlanır.
Raketin sınaq buraxılışı maksimum 500 km və minimum 90 km məsafədə həyata keçirilib.
Bundan əlavə, agentlik iyul ayı ərzində raketin buraxılış sınaqlarını davam etdirəcəyini bildirib.
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi iyulun 1-də KXDR-in Yapon dənizinə doğru iki ballistik raket atdığını açıqlayıb.