2024-cü il iyulun 1-nə olan məlumata görə, Ukraynada Rusiya Federasiyası ilə müharibə başlayandan sonra 555 uşaq həlak olub, 1420-dən çox uşaq isə yaralanıb.
Qaziler.az UNN-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1975-dən çox uşaq zərər çəkib. 1 iyul 2024-cü ilin vəziyyətinə görə, yetkinlik yaşına çatmayan 555 uşaq həlak olub, 1420-dən çox uşaq yaralanıb: Donetsk - 550, Xarkov - 400, Xerson - 154, Dnepropetrovsk - 152, Kiyev - 130, Zaporojye - 120.
QAZİLER.AZ