Robert Fitsonun sağlamlığı əvvəlki kimi olmayacaq

Robert Fitsonun sağlamlığı əvvəlki kimi olmayacaq backend

“Slovakiyanın baş naziri Robert Fitso güllə yarasının nəticələri ilə yaşayacaq”.

Qaziler.az “Euronews”a istinadla bildirir ki, bu barədə Robert Fitsonun müavini və respublikanın müdafiə naziri Robert Kalinyak açıqlama verib.

May ayının 5-də silahlı hücum zamanı qarnından bir neçə dəfə güllə yarası alan Fitsonun dayaq-hərəkət sistemində problemləri ola biləcəyini, lakin getdikcə yaxşılaşdığı qeyd edilib.

“Onun səhhəti hələ də idealdan uzaqdır. Mədədən aldığı güllə yarasından sonra orqanlar 17 və ya 30 yaşlarında olduğu kimi artıq fəaliyyət göstərmir. Onun vəziyyəti hələ də təhlükəlidir. Müntəzəm reabilitasiyanın bir hissəsi olaraq, həkimlər Fitsonun işini tam gücü ilə yerinə yetirə bilməsi üçün mümkün olan hər şeyi edirlər və biz artıq buna yaxınıq”, - Kalinyak əlavə edib.

O hətta yaxın günlərdə Fitsonun ictimaiyyət qarşısında çıxış edəcəyini, lakin bunun video link və ya canlı olub-olmayacağını dəqiqləşdirməyib.

QAZİLER.AZ

Diaspora