Rusiya Krım yarımadası yaxınlığında dövr edən NATO pilotsuz təyyarələrini vurmağa başlasa, BMT bunu beynəlxalq hüququn pozulması kimi tanıya bilər.
Qaziler.az bildirir ki, bunu Rusiya Federasiyasının Əməkdar Hərbi Pilotu, istefada olan general-mayor Vladimir Popov “NEWS.ru”ya müsahibəsində bildirib. O xatırladıb ki, təşkilat orada keçirilən referendumla belə, hələ də Krımı Rusiya Federasiyasının ərazisi kimi rəsmən tanımayıb.
“Biz dövlət sərhədinə, hava məkanına və dəniz ərazilərinə hüquqlarımızı bərpa etmək üçün müraciət etmişik. Amma bu sahə hələ BMT tərəfindən təsdiqlənməyib. Təşkilatın bu məsələ ilə məşğul olan komitəsi var. Müxtəlif bəhanələrlə, artıq 10 il keçməsinə baxmayaraq, Krımda sərhədlərimizi təsdiq etmirlər, lakin müraciətlərimizi rədd də etmirlər. Ona görə də yarımadada çox çətin vəziyyət yaranıb”, - deyə o qeyd edib.
Pilotun sözlərinə görə, məhz bu səbəbdən Rusiya təyyarələri yarımadanın sərhədləri yaxınlığında pilotsuz təyyarələri vurmur, onları sadəcə hava məkanından çıxarır.
QAZİLER.AZ