Çin ABŞ qırıcı və təyyarə gəmilərinin dəqiq modellərini yaratdı - FOTO

Çin ABŞ qırıcı və təyyarə gəmilərinin dəqiq modellərini yaratdı - FOTO backend

Çin atəş təlimi üçün Amerika təyyarələrinin bir sıra maketlərini yaradıb. Xüsusilə, ölkənin şimal-qərb bölgəsində beşinci nəsil “F-22” və “F-35” qırıcılarının maketləri müşahidə olunub.

Qaziler.az bildirir ki, UNİAN-ın “Defence Post”a istinadla verdiyi məlumata görə, maketlər aerodromlarda quraşdırılıb və hava hücumlarının həyata keçirilməsi üçün istifadə olunur. Onların bəziləri artıq dağıdılıb və ya zədələnib, üzərlərində zərbə kraterləri və yanğın izləri var.

Peyk görüntülərində “F-22” və “F-35” təyyarələri ilə yanaşı “P-8A Poseidon” patrul və sualtı qayıqlara qarşı təyyarələrin, həmçinin “Lockheed U-2” (Dragon Lady) kəşfiyyat təyyarələrinin maketləri əks olunub.

Ehtimal olunur ki, Çin bu cür modellərdən təlimlərdə hədəfi yüksək dəqiqliklə vura bilmək üçün istifadə edir. Çin hətta Amerika silahları ilə yanaşı Tayvanın paytaxtı Taybeydə yerləşən prezident aparatının və bir sıra hökumət binalarının olduğu ərazinin maketini də hazırlayıb.

QAZİLER.AZ

Diaspora