Avstraliyada yerli silah istehsalçıları hökuməti çox gec olmadan yerli hərbi sənaye kompleksinin inkişafı üçün daha çox iş görməyə çağırıb. Böyük bir müharibə başlayanda Avstraliya öz silahlarına güvənməli olacaq. Müharibə bu onilliyin sonuna qədər başlaya bilər.
Qaziler.az UNİAN-a istinadla bildirir ki, bu haqda "Defence News" yazıb.
Lockheed Martin Australia” raket və atəşə nəzarət bölməsindəki Strateji İmkanlar Direktorluğunun proqram direktoru Ceyms Hedinq Avstraliya sənayesinin davamlı inkişafının kritik vacib olduğunu söyləyib. Onun fikrincə, HIMARS üçün GMLRS mərmilərinin istehsalı ölkə üçün yaxşı başlanğıc nöqtəsidir.
O qeyd edib ki, bu mərmilərə beynəlxalq tələbat, xüsusən də Rusiya ilə müharibə şəraitində Ukraynada artır. Bununla belə, Avstraliyanın özü də silahlanmalıdır.
"Qəbul etməliyik ki, böyük müharibəyə hazırlaşmaq üçün bizim iki, bəlkə də üç il vaxtımız var. Beləliklə, kütləvi istehsal imkanları baxımından yaxın iki-üç ildə nə edə bilərik? Mənim narahatlığım odur ki, bu qərarlar qəbul edilməyəcək və biz 2027 və ya 2028-ci ildə əlimizdə olanlarla növbəti müharibəyə girəcəyik", - Hedinq narahatlıqla bildirib.
QAZİLER.AZ