Kadırovun qızı medalla təltif edilib

Kadırovun qızı medalla təltif edilib backend

Çeçenistan lideri Ramzan Kadırovun qızı Ayşat Beynəlxalq Tatarlar İttifaqının medalları ilə təltif edilib.

Qaziler.az xəbər verir ki, bu barədə respublika başçısı özünün “Telegram” kanalında məlumat verib.

Mükafatlandırma mərasimi Qroznıda Sabantuy bayramı zamanı baş tutub.

“Sabantuyun açılışı zamanı Vasil Şayxraziyev Çeçenistan Respublikası Hökuməti sədrinin müavini Ayşat Kadırova və onun əziz qardaşı, Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevə Beynəlxalq İttifaqın medallarını təqdim edib”, - mesajda deyilir.

QAZİLER.AZ

Diaspora