Fələstində hərbi əməliyyatların dayandırılmasına dair heç bir əlamət yoxdur.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
“ABŞ təklifinin yekun parametrlərinin nədən ibarət olduğu və tərəflərin onu qəbul etməyə razı olub-olmadığı hələ də bəlli deyil”, - Nebenzya iyulda Rusiyanın BMT Təhlükəsizlik Şurasında sədrliyinə başlaması münasibətilə keçirilən mətbuat konfransında deyib.
İyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında atəşkəs haqqında qətnamə layihəsinin lehinə səs verib. Sənədi Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü dəstəkləyib;
QAZİLER.AZ