"Rusiya prezidenti Vladimir Putin Avropanın təhlükəsizliyini pozmaq istəyir".
Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Federal Təhlükəsizlik Siyasəti Akademiyasının “YouTube” kanalında deyib. O, “hər kvadrat santimetr”i qorumağa və Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.
“Biz görürük ki, Putinin məqsədi Avropada təhlükəsizliyə meydan oxumaqdır. Rusiya yaxın gələcəkdə Avropa üçün ən böyük təhlükə olacaq”, - xanım nazir deyib.
Bundan əvvəl Berbok bildirmişdi ki, Putin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlardan imtina edir. Onun sözlərinə görə, bunu Rusiya Federasiyasında başlayan nüvə təlimləri göstərir.
QAZİLER.AZ