Avtobusun vurduğu şəxs özü ayağa qalxaraq səkiyə doğru getdi - VİDEO

Avtobusun vurduğu şəxs özü ayağa qalxaraq səkiyə doğru getdi - VİDEO backend

33 yaşlı kişini avtobus vurub və sağ qalıb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu qorxulu, eyni zamanda maraqlı hadisə Sinqapurda baş verib.

Sinqapurda 33 yaşlı yol işçisi az qala həyatı bahasına başa gələn qəzaya düşüb.

İyunun 27-də axşam saatlarında yaşıl floresan jilet və tikinti dəbilqəsi geyinmiş şəxs avtobusun hərəkət zolağında hərəkət konuslarını yerləşdirib O, dayanacağa yaxın iş yerinə qayıdarkən avtobus döngədən dönüb və kişini vurub. O, avtobusun altında qalıb. Zərərçəkən təkərlərin altına düşüb, təkərlərdən biri onun üstündən keçib. Daha bir neçə saniyə o, avtobusun altında qalıb və arxa təkərlərdən çətinliklə yayına bilib. Avtobus yerdə qalan işçinin bir neçə metrliyində dayanıb.

Kişi özü ayağa qalxıb səkiyə tərəf gedib. Eyni zamanda kürəyini düzəltmək üçün hasardan tutub.

İşçi xəstəxanaya çatdırılıb, onun vəziyyəti haqqında məlumat verilmir.

QAZİLER.AZ

Diaspora