KİV: Baydenə seçki kampaniyasında geri çəkilməməyi ailəsi məsləhət görüb

KİV: Baydenə seçki kampaniyasında geri çəkilməməyi ailəsi məsləhət görüb backend

“Ailəsi Baydenə seçki kampaniyasında iştirak etməyi məsləhət görüb”.

APA-nın məlumatına görə, bu barədə yazı “The Guardian“ qəzetində dərc olunub.

Yazıda qeyd edilir ki, Kemp-Deviddə keçirilən toplantıda Co Baydenin debatlardakı uğursuzluğundan sonra ona qarşı artan siyasi təzyiqlər müzakirə olunub.

“Ailə üzvləri ona tövsiyə ediblər ki, ona uğursuz çıxışları səbəbindən edilən təzyiqlər qarşısında geri çəkilməyərək, seçkidə iştirakı davam etdirsin və daha 4 il müddətinə bu vəzifədə işləyə biləcəyini ABŞ xalqına sübut etsin” – məqalədə belə deyilir.

Diaspora