Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk gələn il Türkiyəyə səfər etmək istəyir.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə Vatikandan məlumat verilib. Bildirilir ki, Papa bu gün Romada qeyd olunacaq müqəddəs Pyotr və Pavel dini bayramı münasibətilə Fənər Rum Patriarxlığının nümayəndə heyətini qəbul edib.
O, çıxışında gələn ilin Birinci Nikeya Şurasının 1700-cü ildönümü olduğunu xatırladaraq, Nikeaya getmək arzusundan danışıb:
"Bu, mənim səmimiyyətlə etmək istədiyim səyahətdir".
Papa Fransisk bundan əvvəl 2014-cü ildə Türkiyəyə səfər etmişdi. Fransiskdən başqa, 2006-cı ildə Roma Papası XVI Benedikt, 1979-cu ildə Papa II İohann Pavel, 1967-ci ildə isə Papa VI Pavel Türkiyəyə səfər edib.