İranda keçirilən növbədənkənar prezident seçkilərində lider üzə çıxıb. Bu, İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkar namizəd Səid Cəlilidir.
QAZÌLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə ilk səslər hesablandıqdan sonra İslam Respublikasının seçki qərargahının əməkdaşı Möhsün Eslami bildirib.
O izah edib ki, 58 min seçki məntəqəsindən 23 minində bülletenlərə baxış zamanı Cəlili 3,505 milyon səs toplayıb.
Mühafizəkar Cəlili 3,389 milyon səs toplayan ən yaxın rəqibi, keçmiş səhiyyə naziri Məsud Pezeşkianı da qabaqlayıb. Üçüncü yerdə 1,116 milyon səslə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf qərarlaşıb. İndiyədək seçkilərdə 61 milyon seçici iştirak edib.
Növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da başlayıb.