Orban gələn həftə Zelenski ilə görüşə bilər

Orban gələn həftə Zelenski ilə görüşə bilər backend

Macarıstanın baş naziri Viktor Orban iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün gələn həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “European Truth” öz mənbələrinə istinadən məlumat yayıb.

İyunun 27-28-də Brüsseldə keçirilən Aİ sammiti zamanı Macarıstanın baş naziri Ukraynaya münasibətin dəyişməsi siqnalını verib. Xüsusilə Orbanın siyasi direktoru bildirib ki, macar siyasətçi ilə Volodimir Zelenski arasında görüş baş tuta bilər.

QAZİLER.AZ

Diaspora