ABŞ prezidenti Co Bayden Şimali Karolinada tərəfdarlarının mitinqində çıxış edərək, Amerika administrasiyasının keçmiş rəhbəri Donald Trampı ölkə, onun prinsipləri və demokratiyası üçün əsl təhlükə adlandırıb.
Qaziler.az bildirir ki, Baydenin çıxışından olan fikirləri “RİA Novosti” yayıb.
“Donald Tramp bu xalq üçün əsl təhlükədir. O, azadlığımıza, demokratiyamıza təhlükədir”, - Bayden deyib.
İyunun 27-də ABŞ-da ABŞ prezidentliyinə namizədlər Bayden və Tramp arasında debat baş tutub. Çıxışı zamanı Bayden Trampı “uğursuz” və “məğlub” adlandırıb. Tramp isə Baydeni üçüncü dünya müharibəsini yaxınlaşdırmaqda günahlandırıb.
QAZİLER.AZ