Almaniya jurnalistlərini Rusiyanı tərk etməyə ÇAĞIRDI

Almaniya jurnalistlərini Rusiyanı tərk etməyə  ÇAĞIRDI backend

Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer Rusiyada işləyən alman jurnalistlərin təhlükəsizliyindən narahat olduğunu bildirib və onları ölkədən çıxmaq barədə düşünməyə çağırıb.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

Fişer indiki vaxtda xarici jurnalistlərin Rusiyada qalması üçün əlverişli olmadığını açıqlayıb. Onlara təhlükəsizliklərini və Almaniyada işləmək imkanlarını qiymətləndirməyi tövsiyə edib.

Fişer Almaniya Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına Rusiyaya səfər etməyi tövsiyə etmədiyinə də diqqət çəkib və bu çağırışın media işçilərinə də aid olduğunu vurğulayıb.

QAZİLER.AZ

Diaspora