Şri-Lanka Rusiyadan Ukraynadakı müharibədə həlak olan vətəndaşlarına görə təzminat tələb edir

Şri-Lanka Rusiyadan Ukraynadakı müharibədə həlak olan vətəndaşlarına görə təzminat tələb edir backend

Şri-Lankadan olan nümayəndə heyəti Rusiyanı Ukraynaya qarşı döyüşən vətəndaşlarının vətənə qayıtmasına icazə verməyə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Şri-Lanka Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, ölkənin xarici işlər naziri Taraka Balasuriyanın rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cü il iyunun 26-dan 27-dək Rusiya Federasiyasında səfərdə olub. Orada Rusiya üçün müqavilə əsasında döyüşən şri-lankalılarla bağlı işğalçı ölkənin nümayəndələri ilə danışıqlar aparılıb.

Şri-Lanka həmçinin Ukraynaya qarşı müharibədə 17 vətəndaşının ölümünə görə Rusiyadan təzminat tələb edir. Bundan əlavə, Şri Lanka müqavilələrə vaxtından əvvəl xitam verilməsini və hələ də döyüşən vətəndaşlar üçün pul müavinətləri məsələsinin həllini tələb edir.

QAZİLER.AZ

Diaspora