İyulun 18-də Avropa siyasi birliyinin Londonda keçiriləcək sammitində Ukrayna və Çexiya təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.
Qaziler.az bildirir ki, bunu Çexiyanın baş naziri Petr Fiala öz Tvitter hesabında yazıb.
“Biz dünən prezident Vladimir Zelenski ilə razılaşdıq ki, Çexiya-Ukrayna təhlükəsizlik sazişinin mətni ilə bağlı danışıqları Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl başa çatdıraq. Sonra iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində sazişi imzalayacağıq”, - deyə Fiala yazıb.
QAZİLER.AZ